Modern.az

Paşinyanın səmimiliyini əməldə də görmək istəyirik - Çavuşoğlu

Paşinyanın səmimiliyini əməldə də görmək istəyirik - Çavuşoğlu

Dünya

19 Yanvar 2023, 10:48

Ankara İrəvanla normallaşma prosesində Ermənistan tərəfdən “təkcə sözdə deyil, həm də əməldə” səmimiyyət görmək istəyir.

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da həmvətənləri ilə görüşündə deyib.


“Biz sülh yolunda səmimi addımların atılmasını gözləyirik. Təəssüf ki, son vaxtlar geriyə addımlar görürük. Bu gün ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan səmimidir, lakin biz bunu təkcə sözdə deyil, həm də əməldə görmək istəyirik”, - deyə “Yeni Akit” qəzeti Çavuşoğlunun sözlərindən sitat gətirib.


Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini xatırladan Çavuşoğlu bildirib ki, Ankara və Bakı normallaşmaya səmimi sadiqdir:


“Mən bunu qardaş, əziz Azərbaycan adından rahatlıqla deyə bilərəm. Türkiyə və Azərbaycan normallaşmaya səmimi sadiqdirlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?