Modern.az

15 erməni hərbçinin öldüyü yanğının səbəbi AÇIQLANDI

15 erməni hərbçinin öldüyü yanğının səbəbi AÇIQLANDI

19 Yanvar 2023, 11:40

Ermənistanda hərbi hissədəki yanğına kazarmaların qızdırılması üçün benzindən istifadə edilməsi səbəb olub.


Modern.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin iclasında müdafiə naziri Suren Papikyan bildirib.


Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistandakı hərbi hissələrdən birinin mühəndis-snayper bölüyünün kazarmasında yanğın baş verib. Yanğın nəticəsində 15 hərbçi həlak olub, daha 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Yanğına görə Ermənistanın ikinci ordu korpusunun komandiri Vahram Qriqoryan tutduğu vəzifədən azad edilib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?