Modern.az

Fransada etirazlar - İşçilər küçələrə axışdı

Fransada etirazlar - İşçilər küçələrə axışdı

19 Yanvar 2023, 12:56

Fransada təqaüd qaydalarına təklif edilən dəyişikliklərdən qəzəblənən fransalı işçilər küçələrə axışıb.

 

Modern.az xəbər verir ki, etirazçılar sürət qatarlarının hərəkətini və elektrik təchizatını dayandırıblar.

 

Bu gün Fransada ümumilikdə 200-dən çox mitinqin təşkili gözlənilir. Eləcə də, Parisdə bütün Fransa həmkarlar ittifaqlarının iştirak edəcəyi böyük mitinq keçiriləcək.

 

Qeyd edək ki, Emmanuel Makron hökumətinin islahat adlandırdığı dəyişikliklərə əsasən fransız işçiləri pensiya almaq üçün daha 2 il əlavə işləməli olacaqlar. Bununla pensiya yaşı 62-dən 64-ə yüksələcək.

 

Sorğular göstərir ki, fransızların əksəriyyəti islahatın qəti əleyhinədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?