Modern.az

Tokayev Parlament Məclisini buraxdı - Növbədənkənar seçki TƏYİN ETDİ

Tokayev Parlament Məclisini buraxdı - Növbədənkənar seçki TƏYİN ETDİ

19 Yanvar 2023, 14:22

Prezident Kasım-Jomart Tokayev “7-ci çağırış Qazaxıstan Respublikası Parlamenti Məclisinin buraxılması və Qazaxıstan Respublikası Parlamenti Məclisinə deputatların növbədənkənar seçkisinin təyin edilməsi haqqında” fərman imzalayıb.
 

Modern.az xəbər verir ki, Parlament Məclisinə növbədənkənar seçkilərin 2023-cü il martın 19-na təyin edilməsi haqqında qərar verilib.

Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Məclis deputatlarının seçkilərinin hazırlanmasını və keçirilməsini təşkil etmək tapşırılıb.

Qeyd edək ki, Qazaxıstan Konstitusiyasına görə, parlament iki palatalıdır: aşağı palata Məclis, yuxarı palata Senat adlanır.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?