Modern.az

Rusiyanı məhv etmək istəyi dünyanın sonuna gətirəcək - Patriarx Kirill

Rusiyanı məhv etmək istəyi dünyanın sonuna gətirəcək - Patriarx Kirill

19 Yanvar 2023, 15:44

Bütün Rusiyanın patriarxı Kirill bəyan edib ki, Rusiyanı məhv etmək istəyi dünyanın sonuna gətirib çıxaracaq.


Modern.az-ın məlumatına görə, "Bu gün Rusiyanı məğlub etmək istəyi çox təhlükəli formalar alıb" deyən patriarx Qərbə xəbərdarlıq edib:

"Tanrıya dua edirik ki, dəliləri ağıllandırsın və Rusiyanı məhv etmək istəyinin dünyanın sonu demək olduğunu başa düşmələrinə kömək etsin".


Rus Pravoslav Kilsəsi rəhbərinin sözlərinə görə, indiki şəraitdə sülhə təhlükələr son dərəcə böyükdür.

Bundan əvvəl patriarx Kirill demişdi ki, ruslar və ukraynalılar bir xalqdır və kilsə Rusiya Federasiyası və Ukraynada yaşayanların düşmən olmaması üçün əlindən gələni etməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?