Modern.az

İran Krım və Donbasın ihaqını tanımır 

İran Krım və Donbasın ihaqını tanımır 

19 Yanvar 2023, 18:24

İran Rusiya ilə yaxşı münasibətləri olsa da, Krımın və dörd regionun Rusiyaya daxil olmasını tanımır.

 

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “TRT World”ə müsahibəsində bildirib.

 

XİN başçısı qeyd edib ki, Tehran beynəlxalq hüquq çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyır.

 

"Bu səbəbdən biz Krımın və digər 4 regionun Rusiyaya daxil olmasını tanımırıq”, – iranlı nazir deyib.

 

Xatırladaq ki, Rusiya Ukraynanın Krım bölgəsini 2014-cü ildə, Luqansk, Donetsk, Xerson və Zaporojye bölgələrini 2022-ci ildə ilhaq edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?