Modern.az

Moldova Qərbdən hərbi yardım İSTƏDİ

Moldova Qərbdən hərbi yardım İSTƏDİ

19 Yanvar 2023, 19:26

Moldova müttəfiqlərindən müşahidə və hava hücumundan müdafiə sistemləri tələb edir.

 

Modern.az xəbər verir ki, bu barədə Moldova prezidenti Maya Sandu "Reuters" agentliyinə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, hazırda Avropa İttifaqı ölkələri ilə danışıqlar aparılır.

 

"Biz havadan müşahidə və müdafiə sistemləri tələb etdik. Biz başa düşürük ki, Ukrayna prioritetdir, lakin biz də onlardan bəzilərini alacağımıza ümid edirik”, - Sandu deyib.

 

Prezident qeyd edib ki, Rusiya Moldovada hökuməti, parlamenti və prezidenti devirmək üçün həqiqətən də korrupsiyalaşmış qrupları və rusiyayönlü partiyaları səfərbər etməyə çalışıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?