Danimarka Ukraynaya Fransa istehsalı olan 19 ədəd "Sezar" artilleriya qurğusu verəcək.
Modern.az xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jensen bildirib.
"Biz ukraynalılarla "Sezar" artilleriyası ilə bağlı daim əlaqə saxlamışıq və mən şadam ki, indi parlamentdən onu Ukraynanın azadlığı uğrunda mübarizəyə bağışlamaq üçün geniş dəstək almışıq”, - nazir qeyd edib.
Xatırladaq ki, Ukrayna artıq Fransadan tədarük edilən "Sezar" silahlarından istifadə edir.
Akif İsmayılov