Modern.az

ABŞ və Türkiyə arasında F-35 DANIŞIQLARI

ABŞ və Türkiyə arasında F-35 DANIŞIQLARI

19 Yanvar 2023, 22:48

Türkiyə və ABŞ Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında F-35 qırıcıları ilə bağlı məsləhətləşmələr aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirlikdən verilən açıqlamada Ankarada keçirilən F-35 məsləhətləşmələrinin ikinci mərhələsinin dünən Vaşinqtonda baş tutduğu bildirilib.

 

Məlumatda nümayəndə heyətlərinin məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı razılığa gəldiyi, növbəti görüşün 2023-cü ilin yazında Ankarada keçirilməsinin planlaşdırıldığı qeyd edilib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?