Modern.az

Fransada 2 milyon insan Makrona ETİRAZ ETDİ 

Fransada 2 milyon insan Makrona ETİRAZ ETDİ 

20 Yanvar 2023, 00:54

Fransanın 200 şəhər və qəsəbəsində hökumətin pensiya islahatına qarşı etiraz nümayişləri keçirilib.

 

Modern.az xəbər verir ki, etiraz nümayişlərinə Fransa televiziya və radio işçiləri, Xarici İşlər Nazirliyinin və dövlət idarələrinin nümayəndələri də qatılıb.

 

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, etiraz nümayişlərində 1,1 milyon, həmkarlar ittifaqlarının hesablamalarına görə isə 2 milyon insan iştirak edib.

 

***

Paytaxt Parisdə təxminən 80 min, Fransanın bütün şəhərlərində isə 1,2 milyon insan pensiya islahatına qarşı etiraz aksiyası keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

"France 24" kanalı bildirir ki, kütləvi nümayişlər nəqliyyatın sıradan çıxmasına və işçilərin tətillərinə görə istehsalın dayandırılmasına səbəb olub.

 

Etirazçılar pensiya yaşının artırılması və maaşların az olması əleyhinə şüarlar səsləndirirlər.

 

CGT həmkarlar ittifaqı təşkilatı ölkə üzrə nümayişçilərin sayının 2 milyon nəfər (Parisdə - 400 min) olduğunu təxmin edir.

 

Polislə anarxist etirazçılar arasında toqquşmaların olduğu bildirilir. Parisdə 30 nəfər həbs edilib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?