Modern.az

Federal Təhqiqatlar Bürosu FETÖ ilə bağlı araşdırma aparır

Federal Təhqiqatlar Bürosu FETÖ ilə bağlı araşdırma aparır

20 Yanvar 2023, 09:38

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) FETÖ terror təşkilatının əməllərini araşdırmasından danışıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir ABŞ tərəfinin bu barədə rəsmi Ankaraya məlumat verdiyini açıqlayıb.

 

"Türkiyəyə gələrək bu barədə informasiyanı da çatdırıblar. FETÖ terror təşkilatının qaranlıq üzünü gördüklərini, insan alveri, viza qanunsuzluğu, çirkli pulların yuyulması daxil olmaqla, hər cür üsula əl apardıqlarını, amma insanı və texnologiyanı hamıdan yaxşı istifadə etdiklərini bizə danışdılar. Ümid edirəm ki, bütün Amerika, ABŞ ictimaiyyəti davam edən bu araşdırmalar nəticəsində FETÖ-nün nə olduğunu görər", - deyə Çavuşoğlu söyləyib.

 

"Mübarizəmiz qətiyyətlə davam edəcək", - deyə XİN başçısı əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?