Modern.az

Nazarbayev ürəyindən əməliyyat olundu - YENİLƏNİB

Nazarbayev ürəyindən əməliyyat olundu - YENİLƏNİB

20 Yanvar 2023, 10:52

Qazaxıstanın keçmiş dövlət başçısı Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, əməliyyat uğurlu keçib.

 

"Həyatına heç bir təhlükə yoxdur", - deyə əlavə olunub.

 

***

09:58

 

Qazaxıstanın sabiq prezidenti, "Elbası" titulunu bu yaxınlarda itirən Nursultan Nazarbayevin səhhətində problemlər yaranıb.

 

Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.

 

Eks-prezidentin sağlamlığı ilə bağlı detallar açıqlanmayıb. Hələlik rəsmi münasibət yoxdur.

 

Rusiyanın "RİA Novosti" nəşri isə Qazaxıstandakı mənbələrinə istinadən yazıb ki, Nazarbayev ürəyindəki problemə görə xəstəxanaya yerləşdirilib və onun əməliyyat edilməsinə zərurət yaranıb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?