Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında keçirilən "Zeytin Dalı" əməliyyatının 5-ci ildönümü ilə əlaqədar paylaşım edib.
Modern.az xəbər verir ki, nazirliyin rəsmi tviter səhifəsində yayımlanan paylaşımda şəhidlərə rəhmət diləyi ifadə olunub.
"Ölkəmizin cənubunda formalaşdırılmaq istənən terror dəhlizini darmadağın edən, sərhədlərimizlə məsum bölgə əhalisinin təhlükəsizliyini təmin edən "Zeytin Dalı" əməliyyatının 5-ci ildönümündə əməliyyatı uğurla icra edən Türk Silahlı Qüvvələrimizi və qəhrəman personalını salamlayırıq. Canları bahasına mübarizə aparan, ölkəmizin və millətimizin dincliyi və təhlükəsizliyi üçün gözünü qırpmadan şəhidliyə yürüyən qəhrəmanlarımıza Allahdan rəhmət, qəhrəman qazilərimizə də sağlam, xoşbəxt və uzun ömür arzulayırıq", - deyə qeyd olunub.