Ukrayna prezidenti Volodimir Zelenski Ramşteyndə ölkəsinə hərbi yardımla bağlı konfransdan əvvəl Qərbi yenidən “Leopard” döyüş tanklarının tədarükünə çağırıb və bununla bağlı Almaniya hökumətini tənqid edib.
Modern.az-ın məlumatına görə, Zelenski Almaniyanın ARD telekanalının efirində bildirib ki, Berlinin öz imkanlarına deyil, başqa ölkələrə silah tədarükünə diqqət yetirmək istəyini məqbul hesab etmir.
Telekanal onun sözlərini sitat gətirib: "İndi bazarlıq vaxtı deyil, yaşamaq vaxtıdır, biz sağ qalmalıyıq".
Zelenskinin sözlərinə görə, Ukraynada hər gün insanlar ölürsə, Qərb daha altı ay müzakirələr aparmaq istəyir. O, əmin edib ki, Ukrayna özünü qoruyur və Rusiyaya hücum etməyi planlaşdırmır.
“Bu “Leopard” tankları Rusiya Federasiyasında səfər etməyəcək, biz müdafiə mövqeyindəyik”, - Zelenski əlavə edib.