Modern.az

Yeni siyasi təqiblər silsiləsi başlayır - Ohanyan

Yeni siyasi təqiblər silsiləsi başlayır - Ohanyan

20 Yanvar 2023, 13:00

"Ermənistanda yeni siyasi təqiblər silsiləsinə start verilib".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan ona qarşı cinayət işi açılmasına razılıq verilməsi tələbi ilə Ermənistan Baş Prokurorluğunun ölkə parlamentinə müraciətini şərh edərkən deyib.

 

"Mənə qarşı olanları yeni siyasi təqiblərin başlanğıcı hesab edirəm. Nə prokurorluqdan, nə də parlamentin sədrindən rəsmi bildiriş almışam", - deyə o bildirib.

 

"Amma gözlənilməz heç nə yoxdur, çünki bu hakimiyyətdən hər şeyi gözləmək olar. Onlar təhlükəsizlik məsələləri və Qarabağla məşğul olmaq əvəzinə ardıcıl siyasi təqiblərə başlayırlar", - Ohanyan əlavə edib.

 

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu ölkə parlamentinə Ohanyana cinayət işi açılmasına razılıq verilməsi ilə bağlı müraciət ünvanlayıb.

Bu xəbər ilə bağlı
Ohanyana cinayət işi açılacaq - Prokurorluq parlamentə müraciət etdi
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?