Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynadakı müharibə barədə danışıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, Peskov heç nəyin Rusiyanı hədəflərinə çatmaqdan yayındıra bilməyəcəyini bəyan edib.
Sözçü Qərb ölkələrini Ukraynadakı eskalasiyanı dayandırmaq üçün Rusiyanın narahatlığına qulaq asmağa çağırıb.
"Rusiya Federasiyası ABŞ-ın Latın Amerikası ölkələrini Ukraynaya silah tədarükünə razı salmaq cəhdlərini diqqətlə izləyəcək. Baydenin prezidentliyinin iki ili Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər üçün çox pis oldu, yaxın gələcəkdə bunun yaxşılaşmasına ümid yoxdur. Ukraynanı ağır tanklarla təmin etmək qərarının nəticələri mənfi olacaq. Ukraynada münaqişə böyüyür, NATO-nun birbaşa müdaxiləsi təhlükəsi artır", - deyə Peskov söyləyib.
O, həmçinin Putinin Qazaxıstanın sabiq lideri Nursultan Nazarbayevə keçirdiyi ürək əməliyyatından sonra tezliklə sağalmasını arzuladığını çatdırıb.