Modern.az

Ukrayna ilə bağlı vacib toplantı - 50 dövlət Putinə qarşı

Ukrayna ilə bağlı vacib toplantı - 50 dövlət Putinə qarşı

20 Yanvar 2023, 15:00

ABŞ-ın Almaniyada yerləşən Ramşteyn aviabazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun səkkizinci iclası başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

 

İclasda 50-yə yaxın ölkənin müdafiə idarələrinin rəhbərləri, NATO-nun baş katibi Yens Stoltenberq, ordunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli və Ukraynanın müdafiə naziri Oleksiy Reznikov iştirak edir. Tədbir iştirakçıları Brovaridə helikopter qəzasında həlak olanların xatirəsini ehtiramla yad ediblər.

 

İclasın açılış nitqini ABŞ müdafiə naziri Lloyd Ostin edib.

 

“Biz 50 dövlət lazım olduğu qədər Ukraynanı dəstəkləməkdə qərarlıyıq... Putin həm Ukraynanın, həm də bizim qətiyyətimizlə hesablaşmadı. Hazırkı vəziyyət Ukrayna və bütün dünya üçün həlledici məqamdır”, -  müdafiə naziri Lloyd Ostin deyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?