Ukraynanın müdafiə naziri Oleksey Reznikov amerikalı həmkarı, Pentaqonun rəhbəri Lloyd Ostinlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ostin tviter səhifəsində məlumat verib.
Görüş ABŞ-ın Almaniyadakı Ramştayn bazasında keçirilən Ukrayna müdafiəsi üzrə təmas qrupunun toplantısı çərçivəsində baş tutub.
"Ukraynalı həmkarım və dostum nazir Reznikovla görüşmək hər zaman məni məmnun edib. Ukraynanın özünü müdafiə etməsini dəstəkləmək üçün sizinlə, müttəfiqlərimiz və tərəfdaşlarımızla çiyin-çiyinə dayanmaqdan qürur duyuruq. Təxminən 50 yaxşı niyyətli xalqdan formalaşan bir kollektiv sizin arxanızdadır", - deyə Ostin yazıb.