Modern.az

Odessada partlayış - Zaporojyedə HHM sistemləri işə düşdü

Odessada partlayış - Zaporojyedə HHM sistemləri işə düşdü

20 Yanvar 2023, 16:10

Ukraynanın Odessa vilayətində partlayış olub.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, partlayışın səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Həmçinin Zaporojye vilayətində hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü barədə məlumat yayılıb. Güman edilir ki, buna səbəb Rusiya dronlarının hücumudur.

 

Ölən və ya yaralananlarla bağlı hər hansı informasiya verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?