Modern.az

Livan və İsrail arasında gərginlik - Ordu döyüş vəziyyətinə gətirildi

Livan və İsrail arasında gərginlik - Ordu döyüş vəziyyətinə gətirildi

22 Yanvar 2023, 17:26

Livan və İsrail arasında gərginlik yaranıb.

 

Modern.az xəbər verir ki, Livanın rəsmi "NNA" agentliyi İsrailin Livan sərhədini pozduğunu yazıb.

 

Bildirilib ki, Livanın cənubundakı Hunin qəsəbəsində "Mavi xətt" keçilib. Livan ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib.

 

İsrail tərəfindən hələlik reaksiya verilməyib.

 

Qeyd edək ki, İsrail və Livan arasında 87 kilometrlik dövlət sərhədi var. "Mavi xətt" BMT vasitəçiliyi əsasında müəyyən olunan sərhəd xəttini ifadə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?