Avropa İttifaqı (Aİ) Ukrayna hərbçilərinin Polşada təlim keçməsi üçün 45 milyon avro ayıracaq.
Modern.az xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı Josep Borrel məlumat verib.
Vəsait Avropa Sülh Fondundan verilib.
O, həmçinin Kiyevə 500 milyon avro məbləğində hərbi yardımın yeni tranşının ayrıldığını diqqətə çatdırıb.
Borrelin sözlərinə görə, münaqişə başlayandan bəri Avropa İttifaqından Ukraynaya yardımının ümumi həcmi 49 milyard avroya çatıb.