Modern.az

Avropa de-fakto müharibə vəziyyətindədir - Vuçiç

Avropa de-fakto müharibə vəziyyətindədir - Vuçiç

Dünya

24 Yanvar 2023, 00:19

Geosiyasi şərait dəyişib və buna görə də Avropa müharibə vəziyyətindədir.

 

Modern.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciətində bildirib.

 

O, Kosovodakı vəziyyətlə bağlı ABŞ və Avropa İttifaqı ilə aparılan danışıqların nəticələri barədə deyib ki, Qərb siyasətçiləri Balkanlarda öz məqsədlərini güdürlər.

 

“Avropa de-fakto müharibə vəziyyətindədir. Artıq tolerantlıq yoxdur", - deyə Vuçiç əlavə edib.

 

O, Serbiyanın Rusiyaya qarşı sanksiyalara qoşulmadığına və həmçinin Kosovo ilə münaqişənin gərginləşməsinə görə “tam göz önündə olduğunu” vurğulayıb. 

 

Aleksandar Vuçiç qeyd edib ki, Belqrad Priştina ilə danışıqlara getməyəcəyi təqdirdə Qərb Serbiyanı sanksiyalarla hədələyir. Bununla belə, o, güzəştə getməyə hazır olduğunu söyləyib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?