Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko istefa verib.
Modern.az xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" məlumat yayıb.
Bildirilib ki, Timoşenko özü istefa ərizəsi yazaraq rəhbərliyə təqdim edib. Onun yerinə Kiyev vilayətinin hərbi administrasiya rəhbəri Aleksey Kulebanın təyin olunması müzakirə edilir.
Qeyd edək ki, Timoşenko istefa verdiyini təsdiqləyib.