Türkiyədə FETÖ terror təşkilatının Polis Akademiyasındakı şəbəkəsinə qarşı əməliyyat keçirilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul, Ankara və Diyarbakır olmaqla, əməliyyat ümumilikdə 3 vilayətdə gerçəkləşdirilib.
Əməliyyat çərçivəsində 24 müxtəlif ünvana basqın edilib. Nəticədə axtarışda olan 20 şübhəli şəxsdən 17-si saxlanılıb.
Hazırda saxlanılanlarla bağlı araşdırmalar aparılır və axtarışda olan digər şübhəlilərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.