Modern.az

Makron Fransa ermənilərinin liderlərilə Qarabağı müzakirə etdi

Makron Fransa ermənilərinin liderlərilə Qarabağı müzakirə etdi

24 Yanvar 2023, 12:34

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyanı qəbul edib.

Modern.az xəbər verir ki, məlumatı Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının mətbuat xidməti yayıb.

Emmanuel Makron erməni icmasının nümayəndələri ilə Laçın yolunda azərbaycanlı ekofəalların keçirdiyi aksiya nəticəsində Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.
 

Ara Toranyan və Murad Papazyan Fransa Prezidenti tərəfindən onlara göstərilən diqqətə görə minnətdarlıqlarını və Fransanın Qarabağ ermənilərinin müdafiəsində öz rolunu gücləndirəcəyinə ümid etdiklərini bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?