Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Niderlandda Quranın yandırılmasına etirazını bildirib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, XİN bu barədə bəyanat yayıb.
"Niderlandın Lahey şəhərində İslam düşməni olan bir şəxsin müqəddəs kitabımız Quranı hədəf alan alçaq hücumunu ən güclü şəkildə lənətləyirik", - deyə XİN-in bəyanatında bildirilib.
Bundan əlavə, Niderlandın Türkiyədəki səfiri Joep Vijnand nazirliyə çağırılıb və ona rəsmi Ankaranın etirazı çatdırılıb.