Modern.az

NATO müharibə tərəfi olmamalıdır - Nazir Stoltenberqə sözünü dedi

NATO müharibə tərəfi olmamalıdır - Nazir Stoltenberqə sözünü dedi

24 Yanvar 2023, 13:00

Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə Ukraynadakı vəziyyət müzakirə olunub. Tərəflər birgə mətbuat konfransı keçiriblər.

 

Pistorius bildirib ki, NATO heç bir halda Ukraynadakı müharibənin tərəfinə çevrilməməlidir.

 

"Ukraynaya tank tədarükü olduqca mürəkkəb məsələdir", - deyə nazir söyləyib.

 

NATO baş katibi isə jurnalistin tank tədarükü ilə bağlı sualına cavabında Almaniyanın indiyədək Ukraynaya kifayət qədər yardım etdiyini bildirib.

 

"Bizim əlimizdə Putinin kursunu dəyişməsi ilə bağlı bir dənə də olsun, təsdiqedici fakt yoxdur", - deyə o əlavə edib.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?