Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın rəsmi Minskə təklif göndərdiyini bildirib.
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, Lukaşenko vəziyyəti anlaşılmaz adlandırıb və təkliflə bağlı mövqeyini açıqlayıb.
"Mən bilmirəm, onların nəyə ehtiyacı var. Bir tərəfdən Belarusa bir növ hücum etməmək paktı imzalamaq təklif olunur, digər tərəfdən isə digər qonşularımız silahlanır. Polşa və Litvanın hərəkətləri nəyə lazımdır?", - deyə Lukaşenko bildirib.
Belarus prezidenti Ukraynanın təklifinə necə cavab verildiyini açıqlamayıb.