Pakistanın baş naziri Şahbaz Şərif dünən elektrik enerjisinin verilişində yaranan problemə görə xalqdan üzr istəyib.
Modern.az xəbər verir ki, ölkə lideri bu barədə tviter səhifəsində yazıb.
"Dünən işıqların sönməsi səbəbindən vətəndaşlarımızın çəkdiyi zərərə görə hökumətin adından ən dərin narahatlığımı ifadə etmək istəyirəm. Göstərişlə səbəbləri müəyyən etmək üçün araşdırmalara başlanılıb. Məsuliyyət sahibləri cəzalandırılacaq", - deyə Şərif qeyd edib.
Xatırladaq ki, dünən bütün Pakistan işıqsız qalmışdı. Səbəb kimi şəbəkənin yüklənməsi göstərilirdi.