Modern.az

Almaniya Ukraynaya tank versə… - Kremldən xəbərdarlıq

Almaniya Ukraynaya tank versə… - Kremldən xəbərdarlıq

24 Yanvar 2023, 14:04

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynaya tank tədarükündən danışıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, o, Almaniyanın belə addım atacağı təqdirdə Moskvanın necə reaksiya verəcəyini açıqlayıb.

 

"Kiyevə "Leopard" tanklarının tədarükü istər-istəməz Rusiya və Almaniya arasında gələcək münasibətlərə təsir göstərəcək", - deyə Peskov Berlinə xəbərdarlıq edib.

 

"Kremldə Kiyevin Minskə hücum etməmək paktı təklif etdiyinə dair heç bir məlumat yoxdur. Zelenski ilə CIA-in Yevgeni Priqojinin həyatına sui-qəsdi müzakirə etdiyi barədə məlumatı xüsusi xidmət orqanlarından soruşmaq lazımdır. Rusiya Federasiyası nadir və dəyərli mütəxəssislərin, o cümlədən İT sənayesinin mütəxəssislərinin geri qayıtması üçün şərait yaratmaqda maraqlıdır", - deyə sözçü əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?