Modern.az

Ukraynada istefa dalğası - Növbə ona çatdı

Ukraynada istefa dalğası - Növbə ona çatdı

24 Yanvar 2023, 14:12

Ukraynanın icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini İvan Luker istefa verib.

 

Modern.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat yayıb.

 

Nazir müavini istefa səbəbini açıqlamayıb. 

 

Qeyd edək ki, Ukrayna hakimiyyətində bir sıra kadr dəyişiklikləri baş verib. Prezident Volodimir Zelenski Kiril Timoşenkonun Prezident Ofisi rəhbərinin müavini vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

 

Bundan başqa, Ukraynanın müdafiə naziri Oleksey Reznikov Vyaçeslav Şapovalovun müdafiə nazirinin müavini vəzifəsindən azad edilməsi ilə bağlı müraciətini dəstəkləyib və müvafiq təkliflə Nazirlər Kabinetinə müraciət edib. Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh olan Şapovalov ərzaq xidmətlərinin alınması ilə bağlı ittihamlar kampaniyası nəticəsində Ukrayna Silahlı Qüvvələrinin sabit təchizatına təhlükə törətməmək üçün işdən çıxarılmasını xahiş edib.

 

Eyni zamanda, Aleksey Simonenko baş prokurorun müavini vəzifəsindən azad edilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?