Modern.az

Lavrovdan Afrika ölkələrinə Ukrayna mesajı: Nəzərə alın!

Lavrovdan Afrika ölkələrinə Ukrayna mesajı: Nəzərə alın!

Dünya

24 Yanvar 2023, 14:36

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Afrika turnesi çərçivəsində Esvatini krallığına səfər edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, səfər zamanı Lavrov həmkarı Txuli Dladla ilə görüşüb. Tərəflər birgə mətbuat konfransı keçiriblər.

 

Rusiya XİN başçısı Afrika ölkələrinin Qərblə münasibətlərində Ukraynadakı vəziyyəti nəzərə almalarının vacib olduğunu vurğulayıb.

 

"Rusiya Federasiyası Qərblə təmasda olan Afrika İttifaqı ölkələrinin Ukrayna münaqişəsindəki real vəziyyəti nəzərə alacağını gözləyir", - deyə nazir söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi