Modern.az

Ermənistanın yeni ombudsmanı bu qadın olacaq

Ermənistanın yeni ombudsmanı bu qadın olacaq

24 Yanvar 2023, 15:24

Ermənistanda ombudsman vəzifəsinə hakimiyyətin yeni namizədinin kimliyi müzakirə olunur.

 

Modern.az xəbər verir ki, “Hraparak” qəzeti öz mənbələrinə istinadən əmək nazirinin müavini Tatevik Stepanyanın bu vəzifəyə təyin olunacağını yazıb.
 

Qəzet bildirir ki, 40 yaşlı namizəd 2020-ci ilə qədər geyim mağazalarından birində menecer işləyib.

 

"Həmçinin onun bioqrafiyasında müxtəlif kurslar və ictimai fəaliyyətlər var", - deyə "Hraparak" yazıb.

 

Qeyd edək ki, Ermənistanın sabiq ombudsmanı Kristine Qriqoryan dünən istefa verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?