Modern.az

KTMT PA-nın növbəti iclasının tarixi açıqlandı

KTMT PA-nın növbəti iclasının tarixi açıqlandı

24 Yanvar 2023, 15:30

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) növbəti iclasının tarixi məlum olub.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Belarus parlamentinin deputatı, qanunverici orqanın milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Oleq Belokonyev açıqlama verib.

 

Bildirilib ki, KTMT PA-nın növbəti iclası 18 may tarixində baş tutacaq. Deputatın sözlərinə görə, iclas Belarusda keçiriləcək.

 

Qeyd edək ki, Rusiya, Belarus, Ermənistan, Qırğızıstan, Tacikistan və Qazaxıstan KTMT-yə üzv olan dövlətlərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?