Modern.az

Medvedçukun kanalının keçmiş rəhbərini 8 ilədək həbs gözləyir

Medvedçukun kanalının keçmiş rəhbərini 8 ilədək həbs gözləyir

24 Yanvar 2023, 17:05

Ukraynada Rusiyayönümlü siyasətçi Viktor Medvedçukun sahib olduğu telekanalın keçmiş rəhbəri Diana Pançenkoya qarşı ittiham irəli sürülüb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb.

 

O, Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırmaqda şübhəli bilinir. Pançenko barəsində əmlakı müsadirə olunmaqla 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Bildirilib ki, genişmiqyaslı işğal başlayandan sonra Pançenko 2022-ci ilin avqustunda Rusiya nəzarətində olan Donetskə gedib, daha sonra işğal altındakı Mariupola baş çəkib və burada sənədli film çəkib.

 

"O, işğalçıların cinayətlərinə haqq qazandırır və düşmənin propoqanda hekayələrini təbliğ edir", - deyə məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?