Modern.az

Çexiya Ukraynaya “Leopard” verməyəcək – Baş nazir “olmaz” dedi

Çexiya Ukraynaya “Leopard” verməyəcək – Baş nazir “olmaz” dedi

24 Yanvar 2023, 20:29

Çexiya Ukraynaya "Leopard 2" tanklarını göndərmək niyyətində deyil.

 

Modern.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala bildirib.

 

O qeyd edib ki, Çexiya tərəfinin öz təhlükəsizliyini təmin etmək üçün tanklara ehtiyacı var.

 

Bundan əvvəl isə Çexiyanın Müdafiə Nazirliyi ölkənin Ukraynaya tank tədarük etməyə hazır olması ilə bağlı xəbərləri təkzib edib.

 

Xatırladaq ki, Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müttəfiqləri arasında keçirilən danışıqlarda 12 ölkə Ukrayna Silahlı Qüvvələrinə 100-ə yaxın "Leopard 2" tankının tədarükü barədə razılığa gəlib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?