Modern.az

Çin gəmiləri və təyyarələri Tayvan yaxınlığında - GƏRGİNLİK

Çin gəmiləri və təyyarələri Tayvan yaxınlığında - GƏRGİNLİK

25 Yanvar 2023, 10:10

Tayvan adasının ətrafındakı hava məkanında və dənizdə yenidən Çinin hərbi aktivliyi müşahidə olunub. 

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvan hakimiyyəti məlumat yayıb.

 

Məlumata görə, Çinin dörd təyyarəsi və üç gəmisi Tayvan adasıma yaxınlaşıb . 

 

Lakin gəmilərdən heç biri Tayvan boğazının median xəttini keçməyib və təyyarələr adanın hava hücumundan müdafiə sistemlərinin identifikasiya zonasına daxil olmayıb.

 

Qeyd edək ki, tez-tez oxşar hadisələrin qeydə alındığı Tayvan 1949-cu ildən yerli hakimiyyət tərəfindən idarə olunur, lakin rəsmi Pekin adanı Çinin regionlarından biri hesab edir.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?