Ermənistanın Geğarkunik vilayətinin qubernatoru Karen Sarkisyan Avropa İttifaqının müşahidə missiyasının texniki qrupunun üzvləri ilə görüşüb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə qubernatorun özü məlumat verib.
Onun sözlərinə görə, görüş Vayots Dzor vilayətində baş tutub. Görüş zamanı Avropa İttifaqının Ermənistana göndəriləcək müşahidə missiyasının dislokasiya yeri barədə müzakirələr aparılıb. Həmçinin missiyanın tələbləri barədə də danışılıb.
Lakin K.Sarkisyan dislokasiya yeri barədə dəqiq məlumat verməyib.
Qeyd edək ki, Aİ Ermənistana 2 il müddətinə 100 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib.