Modern.az

Almaniyada Rusiyaya casusluq edən şəxs tutuldu

Almaniyada Rusiyaya casusluq edən şəxs tutuldu

Dünya

26 Yanvar 2023, 14:32

Almaniyanın Münhen şəhərində Rusiyaya casusluq edən şəxs saxlanılıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, ABŞ-dan Almaniyaya qayıdan Artur E. adlı şəxs Münhen hava limanında tutulub. Onun Almaniya vətəndaşı olduğu müəyyən edilib.

 

Məlumata görə, həmin şəxs Almaniya Xarici Kəşfiyyat Xidmətinin ötən ilin dekabrında eyni ittihamla saxlanılan əməkdaşı Karsten L. ilə cinayət ortağıdır.

 

Hazırda araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi