Modern.az

Rusiya Ukraynaya 55 raket atdı - 47-si zərərsizləşdirildi

Rusiya Ukraynaya 55 raket atdı - 47-si zərərsizləşdirildi

Dünya

26 Yanvar 2023, 15:34

Rusiya qüvvələri son sutka ərzində Ukrayna ərazilərinə 55 raket zərbəsi endirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Valeri Zalujnı məlumat verib.

 

Onun sözlərinə görə, raketlərdən 47-si məhv edilib.

 

"Düşmən Qara dənizin akvatoriyasından və Tu-95, Su-35 və MiQ-31K təyyarələrindən Х-101, Х-555, Х-47 "Knijal", "Kalibr", Х-59 raketlərini Ukrayna ərazilərinə atıb. Raketlərdən 20-si paytaxtın səmasında sıradan çıxarılıb. 3 raket isə hədəfə çatmadan özü parçalanıb", - deyə o bildirib.

 

Qeyd edək ki, son məlumatlara əsasən, raket zərbələri nəticəsində Ukraynada ümumilikdə 4 dinc sakin həyatını itirib, 9 nəfər isə yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi