Modern.az

Ermənilər Türkmənçay müqaviləsinə dair tədbirə HAZIRLAŞIR

Ermənilər Türkmənçay müqaviləsinə dair tədbirə HAZIRLAŞIR

Dünya

26 Yanvar 2023, 16:16

Ermənistanda Türkmənçay müqaviləsinin ildönümü ilə bağlı beynəlxalq konfrans keçiriləcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, tədbir 20 fevral tarixində baş tutacaq.

 

İrəvandakı "Rus Evi"ndə keçiriləcək konfrans "Türkmənçay müqaviləsinin 195 illiyi – dünya diplomatiyasında mərhələ" adlanır.

 

Burada tədqiqatçılar, müəllimlər, aspirantlar, tələbələr və maraqlanan digər şəxslər iştirak edəcək.

 

"Konfransda 1826-1828-ci illərdəki Rusiya-İran müharibəsi, müqavilənin bağlanması və onun dünya tarixində əhəmiyyəti, Qafqaz xalqlarının həyatına təsirlərinə dair elmi məqalələr təqdim olunacaq", - deyə məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi