Modern.az

Türkiyə Ali Seçki Komissiyasına yeni sədr seçildi

Türkiyə Ali Seçki Komissiyasına yeni sədr seçildi

Dünya

26 Yanvar 2023, 17:16

Türkiyədə Ali Seçki Komissiyasına (Yüksek Seçim Kurulu - YSK) yeni sədr seçilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə komissiyasının bugünkü toplantısında qərar verilib.

 

Belə ki, komissiya üzvlüyünə yeni seçilən Ali Çopur, İsmail Kalender, Feyzi Eroğlu, Talip Bakır və Serdar Muttanın andiçmə mərasimindən sonra sədr və sədr müavini seçkiləri keçirilib.

 

Yeni üzvlər və öncədən fəaliyyətini davam etdirən Ahmet Yener, Mahmut Akgün, Ekrem Özübek, Orhan Usta, Ali Ürker və Battal Öğüt arasında gizli səsvermə yolu ilə Ahmet Yener qurumun rəhbəri seçilib. Ekrem Özübek isə sədrin müavini olub.

 

Səlahiyyət müddəti başa çatan Muharrem Akkaya isə yola salınıb. O, Yenerə uğurlar arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi