Danimarkanın Ermənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ann Tovt Sorensen etimadnaməsini ölkə prezidenti Vahaqn Xaçaturyana təqdim edib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, səfir həm də Gürcüstana təyin olunub və iqamətgahı Tbilisi şəhərində yerləşir.
Görüş zamanı səfir və Ermənistan prezidenti Avropa İttifaqının yeni müşahidə missiyası və Laçın dəhlizindəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.