ABŞ-ın silah satışı 2022-ci ildə təxminən 49 faiz artıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, Amerika ötən il müxtəlif ölkələrə 205,6 milyard dollarlıq silah satıb. 2022-ci maliyyə ilində ABŞ şirkətləri tərəfindən hərbi texnikanın birbaşa satışı 48,6 faiz artaraq 153,7 milyard dollara çatıb.
Qeyd edək ki, keçən il ABŞ İndoneziyaya F-16 qırıcıları, Yunanıstana döyüş gəmiləri, Polşaya tanklar kimi önəmli silah satışları həyata keçirib.
Akif İsmayılov