Modern.az

ABŞ 531 rus hərbçisinə sanksiya tətbiq etdi 

ABŞ 531 rus hərbçisinə sanksiya tətbiq etdi 

Dünya

26 Yanvar 2023, 20:34

ABŞ Rusiya ordusunun 531 hərbçisinə qarşı sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Bildirilib ki, rus hərbçilərə viza məhdudiyyəti tətbiq edilib. 

 

Dövlət Departamentinin məlumatına görə, hərbçilər üçün viza məhdudiyyətləri "Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və ya siyasi müstəqilliyini təhdid edən və ya pozan hərəkətlərə görə" tətbiq olunub.

 

"Qara siyahı"ya salınan hərbçilərin adları açıqlanmayıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi