Modern.az

Zaporojye yaxınlığında güclü partlayış

Zaporojye yaxınlığında güclü partlayış

Dünya

26 Yanvar 2023, 23:51

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) mütəxəssisləri Ukraynanın Zaporojye atom elektrik stansiyasının (AES) yaxınlığında güclü partlayışlar eşidiblər.

 

Modern.az xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında deyilir.

 

Bildirilib ki, partlayışlar AES-in yaxınlığında hərbi əməliyyatların aparıldığını göstərir. Partlayışların bəzilərinin Avropanın ən böyük atom elektrik stansiyasının yaxınlığında baş verdiyi qeyd olunub.

 

"Dünən yerli vaxtla saat 10:00 radələrində səkkiz güclü partlayış səsi eşidilib, nəticədə stansiyanın ofislərindəki pəncərələr silkələnib. Bu gün də partlayışlar eşidilib", - BAEA rəhbəri Rafael Qrossi bildirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi