ABŞ-ın Ermənistandakı yeni fövqəladə və səlahiyyətli səfiri Kristine Kevin səlahiyyətlərinin icrasına başlayıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bu gündən İrəvanda diplomatik fəaliyyətini davam etdirəcək.
K.Kevin bundan əvvəl Ukraynadakı səfirlikdə müvəqqəti işlər vəkili işləyib. O, ABŞ-ın Fransa, Tailand, Rusiya və Böyük Britaniyadakı səfirliklərində də çalışıb.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı sabiq səfiri Lin Treysi Moskvaya səfir təyin olunub.