Modern.az

“Taliban” qızların təhsil qadağasını sərtləşdirir

“Taliban” qızların təhsil qadağasını sərtləşdirir

Dünya

29 Yanvar 2023, 10:44

“Taliban” hökuməti Əfqanıstanda qızların ali məktəbdə təhsil almalarına qoyduğu qadağaları sərtləşdirib.

 

Modern.az “Al-arabiya”ya istinadən xəbər verir ki, hökumətin Ali Təhsil Nazirliyi yeni qaydaları pozan qurumların cəzalandırılacağını bəyan edib.

 

Nazirlik ölkənin şimal əyalətlərində, o cümlədən Kabildə imtahanların fevralın sonuna planlaşdırıldığı haqda göstəriş verib.

 

Qeyd edək ki, “Taliban” ötən ilin dekabr ayında universitetlərə qız tələbələrin daxil olmasına qarşı çıxmışdı. Qızların orta məktəblərdə oxumağı bütün ölkə üzrə yasaqlanıb və məktəblərin əksəriyyəti bu səbəbdən bağlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər