Modern.az

Pakistanda avtobus aşdı - 40-dan çox ölü var

Pakistanda avtobus aşdı - 40-dan çox ölü var

Dünya

29 Yanvar 2023, 11:27

Pakistanın cənubundakı Bəlucistan əyalətində avtobusun dərəyə aşması nəticəsində 40-dan çox adam həyatını itirib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Bəlucistanın Lasbela bölgəsinin rəsmi nümayəndəsi Həmzə Ancum bildirib.

 

Məlumata görə, avtomobil körpüyə çırpılıb, nəticədə dərəyə düşüb və yanğın başlayıb. Onun sözlərinə görə, avtobusdakı 48 nəfərdən 41-i həlak olub.

 

Qeyd edək ki, yol qaydalarına nadir hallarda əməl olunduğu və bir çox kənd yerlərində yolların bərbad vəziyyətdə olduğu Pakistanda ölümlə nəticələnən qəzalar tez-tez baş verir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər