Pakistanın Hayber-Paxtunhva əyalətində şagirdləri daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 41-ə çatıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, göldən daha 11 nəfərin cansız bədəni çıxarılıb.
Bildirilib ki, hazırda 9 nəfərin axtarışları davam etdirilir.
***
Pakistanda qayıqla ekskursiyaya çıxan mədrəsə şagirdləri göldə batıblar.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Hayber-Paxtunhva əyalətində baş verib.
Bildirilib ki, hadisə nəticəsində 11 uşaq ölüb, 6 uşaq yaralıdır, 8 nəfər isə itkin düşüb.
Hazırda xilasetmə tədbirləri davam etdirilir.